"Mercedes" elektrik dirəyinə çırpıldı - Sürücü yaralandı

16.08.2015 15:30     Sosreaksiya     2078

Lənkəranın Sütəmurdov kəndi ərazisində yol qəzası baş verib. Belə ki, Velədi kənd sakini 34 yaşlı Amid Əyyar oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə maneədən qaçmaq istəyərkən yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Reaksiya.az xəbər verir ki, sürət yüksək olduğundan təhlükəsizlik yastığının açılmasına baxmayaraq, sürücü baş nahiyəsindən xəsarət alıb. Zərbənin gücündən beton elekrtik dirəyi parçalanıb və avtomaşına ciddi ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili uşağı vurmamaq üçün yoldan kənara çəkib və bunun nəticəsində də qəza törədib. Yaralı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar