İndoneziyada daha bir təyyarə qəzası - 54 itkin var - VİDEO

16.08.2015 15:41     Sosreaksiya     2353

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi göyərtəsində 54 sərnişin olan təyyarədən xəbər almadığını bildirib.

Reaksiya.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Papua bölgəsində qeydə alınıb.

Hava dispetçeri sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiq edib.

İndoneziyada regional uçuşlar həyata keçirən “Trigana Air” hava şirkətinə məxsus olan  sərnişin təyyarəsində 44 nəfər, 5 uşaq, 1 körpə və 5 ekipaj üzvü olub.

Şərhlər