DSX-dan əməliyyat: Ölkəyə 73 kq narkotik gətirənlər saxlanıldı

08.02.2021 13:23     Sosreaksiya     508

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, fevral ayının 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda dörd nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub.

Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilib, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerin­dən qaç­ıb­lar.

 

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qa­pa­dıl­ıb, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı hə­yata keçirilib.

Əraziyə baxış zamanı dörd ədəd qara rəngli kisədə təxmini çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olu­na­raq götürülüb.

Sərhəd pozucularından biri - Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanıb, digər üç nəfər ərazinin mü­rəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaş­ıblar.

Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilib, Yardımlı rayo­nu­nun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əmə­liy­yat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıblar.

Həmin şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qa­ya­lıq­dan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

 

 

 

Şərhlər