Ombudsman Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

08.02.2021 18:27     Sosreaksiya     540

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.

Reaksiya.az xəbər verir ki, bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.

 

Qeyd edək ki, sosial şəbəkə və internet media orqanlarında Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlı kəndə 11 yaşlı qızın dayısı oğlu, 15 yaşlı oğlanla nişan görüntüsü yayılıb. 

Reaksiya.az

Şərhlər