Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA

10.02.2021 12:10     Sosreaksiya     704

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib.

"Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib. Bu artımlar üçün Fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq",- nazirlik bildirib.

Reaksiya.az

Şərhlər