Azərbaycan Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsinə verir

10.02.2021 13:06     Sosreaksiya     898

1990-cı illərdə itkin düşmüş 3800 azərbaycanlıdan xəbər yoxdur

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək Ermənistana qarşı iddia qaldırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Radio Free Europe” (Azadlıq) məlumat yayıb. Xəbərdə deyilir ki, Ermənistan 30 il ərzində Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlayıb.

44 günlük müharibə zamanı isə Azərbaycan vətəndaşı olan mülki şəxslərə qarşı ağır cinayətlər törədib. Azərbaycan parlamentinin Qanunvericilik siyasəti komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, rəsmi Bakı İrəvanı 1990-cı illərdə baş verən münaqişə zamanı itkin düşmüş 3800 nəfərə yaxın Azərbaycan vətəndaşı haqqında məlumat verməməkdə suçlayır.

Bundan əlavə, Ermənistan ötən il münaqişə bölgəsindən çox uzaqda yerləşən şəhər və kəndləri atəşə tutmaqda ittiham olunur. Ermənistan ballistik raketlər, ağ fosfor yüklənmiş mərmilər və “bomba içində bomba” sayılan kloster bombalarından istifadədə günahkar bilinir.

Rəsmi Bakının verdiyi məlumata görə, beynəlxalq səviyyədə qadağan olunmuş belə silahlardan istifadə 12 uşaq və 28 qadın olmaqla 93 mülki şəxsin ölümü ilə nəticələnib, 423 mülki şəxs yaralanıb, 264 mənzil və 9294 fərdi ev dağıdılıb.

Elbəyi Həsənli, Sürix

Azerbaijan Sues Armenia At European Court Over Nagorno-Karabakh
 (rferl.org)

Reaksiya.az

Şərhlər