Arvadının yanında öldürüldü - Silahlı hücum

16.08.2015 16:45     Sosreaksiya     2539

Türkiyənin Kastamonu şəhərində avtomobilə açılan atəş nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Reaksiya.az xəbər verir ki, hadisə Kastamonu-Taşköprü avtomobil yolunda qeydə alınıb.

Hatip kəndi yaxınlığında Mehmet Yıldızın idarə etdiyi 06 VPV 79 nömrəli avtomobilin qarşısı hələ şəxsiyyəti və nömrəsi müəyyən olunmayan bir avtomobil tərəfindən kəsilib.

Ov tüfəngi ilə atəşə alınan Mehmet Yıldız və avtomobildə olan həyat yoldaşı Yasemin Yıldız güllələrin hədəfi olub.

Mehmet hadisə yerində həyatını itirib, Yasemin isə ağır yaralanıb. Hadisə yerinə çağıran səhiyyə dəstələri yaralını Kastamonu Dövlət Xəstəxanasına aparıblar.

Faktla bağlı istintaq başlayıb.

Mehmet Yıldızın adam yaralamaq günahından bir müddətdir həbsxanada olduğu və 7 ay əvvəl azad edildiyi öyrənilib.

 

Şərhlər

Çox oxunanlar