Komitə gənc qızın özünə qəsd etməsi ilə bağlı - MƏLUMAT YAYDI
21.02.2021 00:39 Sosreaksiya 462
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlayıb və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.
Reaksiya.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında qeyd olunub.
"Çox təəssüf ki, qeyd olunan hadisə hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş və qeyd edilmişdir ki, aparılan ilkin istintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən "860" QAYNAR XƏTTƏ müraciət etmələrini xahiş edir", - deyə məlumatda bildirilib.
Şərhlər