Pirallahıda itkin düşən balıqçılardan xəbər var

16.08.2015 17:16     Sosreaksiya     2368

Xəbər verdiyimiz kimi 6 gün əvvəl qanuni sənədləri olan 4 neftçalalı balıqçı qayığda Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur.

Reaksiya.az xəbər verir ki, avqustun 10-da Xəzərdə itkin düşmüş həmin şəxslər artıq tapılıb. Bu barədə itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

Onun sözlərinə görə, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı - 1970-ci il təvəllüdlü Ağalarzadə Şahin Mazan oğlu, 1964-cü il təvəllüdlü Abbasov Sahib Qarakişi oğlu, 1985-ci il təvəllüdlü Eynullayev Əliş Ulduz oğlu və  1966-cı il təvəllüdlü Xəlilov Nəcəf Rafil oğlu sağ-salamatdır: “Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar.”

Tanrıverdi Əliyevin verdiyi məlumata görə, adıçəkilən şəxslər Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər.

Nazirlikdən isə onlara bildirilmişdir ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.

 

Şərhlər