Azərbaycan-Rusiya sərhədində böyük tıxac
16.08.2015 17:21 Sosreaksiya 1961

Ötən gündən başlayaraq Azərbaycan-Rusiya sərhədində yaranan böyük tıxac bu gün də qalmaqdadır.
Reaksiya.az xəbər verir ki, "Samur" gömrük buraxılış məntəqəsindən Rusiyaya keçmək istəyən avtomobillər Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində gözləməkdədir.
Buna səbəb kimi sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlərin yaranması göstərilir.
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.
Şərhlər