Yalçın Rzazadə ilə vida mərasimi - Foto

23.02.2021 15:10     Sosreaksiya     445

Azərbaycanın xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilir.

Reaksiya.az xəbər verir ki, mərhumun yaşadığı evin önündə keçirilən vida mərasimində ailə üzvləri və tanınmış mədəniyyət xadimləri iştirak edirlər.

Xalq artistinin cənazəsi dəfn üçün Lənkəran rayonuna aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə ötən gün dünyasını dəyişib.

Reaksiya.az

Şərhlər