Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb, 4 nəfər vəfat edib

26.02.2021 16:14     Sosreaksiya     401

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

Reaksiya.az APA-ya istinadən xəbər veir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib, aktiv xəstə sayı 2 297 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908, ötən müddət ərzində isə ümumilikdə 2 583 362 test aparılıb.

Reaksiya.az

Şərhlər