"Azərbaycan biznesi pandemiyadan sonrakı bərpa dövrünə daxil olur" - Nazir

02.03.2021 15:18     Sosreaksiya     477

"Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur".

Reaksiya.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib", - deyə o, qeyd edib.

Reaksiya.az

Şərhlər