Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib - RƏSMİ

09.03.2021 11:35     Sosreaksiya     429

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumatda bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Reaksiya.az

Şərhlər