Cari ildə ölkəmizə nə qədər avtomobil gətirilib?

17.03.2021 00:28     Sosreaksiya     333

Yanvar-fevral aylarında Azərbaycana 100 milyon 112 min ABŞ dolları dəyərində 9437 avtomobil idxal olunub.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 38-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 8619-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 765-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 15-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Reaksiya.az

Şərhlər