Qadağalar tətbiq olunsun, yoxsa... İnfeksionist

17.03.2021 18:10     Sosreaksiya     410

Ölkədə Britaniya ştammı qeydə alınmasa da, son günlər artan yoluxma sayından sonra sərt karantinə gedilməsi məqsədəuyğun olar.

Reaksiya.az Axar.az-a istinaden xəbər verir ki, bunu ölkəmizdə Britaniya ştammının olması və buna görə sərt karantinin tətbiq ediləcəyi ilə bağlı iddialar barədə danışan infeksionist Mərdan Əliyev deyib.

O Azərbaycanda bu ştammın olması ehtimalının mümkünlüyünü bildirib:

“Qonşu ölkələrdə qeydə alınan bu ştammın bizdə də olması mümkündür. Ümumiyyətlə isə bu ştamm qeydə alınmasa belə yoluxma sayında xeyli artım müşahidə olunur. Yumşaldılmalar öz mənfi nəticələrini artıq göstərir. Qarşıdan gələn bayram günləri ilə əlaqədar bölgələrə gediş-gəliş, insanlar arasında təmas artacaq. Bu, bayramdan sonra yoluxma sayında daha da artım olması ehtimalını saxlayır. Buna görə SMS icazənin tətbiqi və bölgələrə gediş-gəlişin qadağan edilməsi mümkündür. Hesab edirəm ki, bu qadağaların yalnız bayram günləri ilə əlaqədar qeyri-iş günlərində tətbiq edilməsi lazımdır”.

Reaksiya.az

Şərhlər