Müştərilərə qəlyan təklif edən çayxana sahibləri cərimələndi

17.03.2021 18:35     Sosreaksiya     427

Bakıda müştərilərə qəlyan təklif edən çay evləri aşkarlanıb.

Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən dörd nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və hər biri 200 manat miqdarında cərimələnib.

 

Obyektin işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4000 manat məbləğində cərimə olunub.

Xətai rayonunda yerləşən “Legenda” çay evində karantin qaydalarının pozulduğu müəyyənləşdirilib. Tədbir zamanı sanitar-karantin  normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4000 manat miqdarında cərimə ediliblər.

Analoji tədbirlər Xətai rayonunda yerləşən “Samavar” və “Kristal” çay evlərində də həyata keçirilib. Qeyd edilən məkanlara baxış zamanı müştərilərə qəlyan tütün məhsulu təklif edildiyi müəyyən edilib.

Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də, karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.

Reaksiya.az

Şərhlər