Azərbaycanlı jurnalist vəfat edib
18.03.2021 00:54 Sosreaksiya 524
Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.
Reaksiya.az xəbər verir ki, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.
Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.
Şərhlər