Məşhur amerikalı hüquqşünas öldü
17.08.2015 02:04 Sosreaksiya 2065

Amerikanın məşhur insan haqları müdafiəçisi Julian Bond 75 yaşında vəfat edib. Bondun da qurucularından olduğu Cənubi Yoxsulluq Hüquq mərkəzi qaradərililərin hüquqlarının məşhur müdafiəçilərindən olan siyasətçinin Floridadakı evində həyatını itirdiyini bildirib.
Hüquq müdafiəçisinin ölümü ilə bağlı ABŞ prezidenti Barak Obama başsağlığı mesajı ünvanlayıb. O, Bondla dost olmağın qürurverici olduğunu qeyd edib. Mesajda “ Həyat missiyası ədalət və bərabərlik idi. O,bu ölkənin daha yaxşı bir yer olmağı üçün əlindən gələni etdi” ifadələri də yer alıb.
1940-cı ildə Tennes əyalətində doğulan Bond 1960-cı ildə qurulan Tələbələrin Sülh Koordinasiya Komitəsinin təsisçilərindən biri olub.
!965-ci ildə Corciya Əyalət Məclisinə seçilən Bond, ABŞ-ın Vyetnam müharibəsi zamanı beynəlxalq hüquqa zidd hərəkət etdiyini dediyi üçün parlamentə buraxılmayıb. Daha sonra ABŞ Ali məhkəməsi bu qərarı ləğv etdi və 1967-ci ildə Bond parlamentə daxil ola bildi və 1975-ci ilə qədər parlamentdə oldu.
1998-ci ildən 2010-cu ilə qədər Rəngli Xalqın İnkişafı Dərnəyinin İdarə Heyəti sədri vəzifəsini icra edib.
Şərhlər