Azərbaycanda şagird sayı azalacaq
08.05.2021 16:32 Sosreaksiya 705
“Növbəti ildən şagird sayında azalma olacaq. Bu, demoqrafik göstəricilərlə bağlıdır”.
Reaksiya.az-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
Nazir qeyd edib ki, 2020-ci illərdə doğulan uşaqların sayı da azalacaq, bu, təbii bir prosesdir, bu da şagird sayına təsir edəcək: “Şagirdlərin sayının azalması müəllimlər üçün vakansiyaların da sayına təsir göstərəcək. 35-40 il işləyən müəllim pensiyaya gedəndə o yer vakansiyaya çıxarılır. Vakansiyaların gizlədilməsinin də mahiyyəti yoxdur, çünki sonra direktorlar həmin yerə işçi götürə bilmir. Götürsə belə, Təhsil Nazirliyi tərəfindən bunun qarşısı alınır. Get-gedə də sistemlər rəqəmsallaşır, bu prosesləri gizlətmək mümkün olmayacaq”.
Şərhlər