Kamran Əliyev: "Ermənilərin törətdiyi cinayətlərlə bağlı iddiaların qaldırılması təmin ediləcək"
10.05.2021 14:00 Sosreaksiya 635
"Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb".
Reaksiya.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
"Bu, diplomatiya sahəsində həyata keçirilən addımlardır. Münaqişə başlayan ilk gündən bəri bununla bağlı müvafiq tədbirlər görülüb, hüquqi müstəvidə addımlar atılıb. Ermənistanın mülki əhaliyə qarşı törətdikləri cinayətlərlə bağlı həm cinayət təqibi qaydasında, həm də mülki qaydada iddiaların qaldırılması təmin ediləcək".
Şərhlər