Bazar bombalandı - 80 ölü

17.08.2015 05:26     Sosreaksiya     1901

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Douma şəhərinə hökümət hərbi aviasiyasının hava zərbəsi nəticəsində azı 80 nəfər ölüb.

Reaksiya.az-ın məlumatına görə, hücum nəticəsində 200-dək adam yaralanıb.

Hökümət qüvvələri vaxtaşırı olaraq üsyançıların nəzarətində olan Douma şəhəri və ətraf ərazilərə hücumlar edir, o cümlədən, hava reydləri keçirilir, helikopterlərdən çəllək bombaları atılır.

Xəbərlərə görə, bu cür reydlər nəticəsində müxalifətçi döyüşçülərlə yanaşı yüzlərlə mülki vətəndaş da həlak oldub.

Fəalların sosial şəbəkələrdə yaydığı fotolarda görünür ki, hava zərbəsindən sonra bazarın yerləşdiyi ərazi tamamilə xarabalığa çevrilib, ətrafdakı binalar dağıdılıb, yanğın yaxınlıqdakı avtomobilləri məhv edib.

Douma şəhərində fəallar AP agentliyinə vəziyyət "fəlakət" dərəcəsinə çatdığını bildiriblər, onların sözlərinə görə, klinikalar yaralılarla doludur.

Şərhlər