Uşaq köklüyünün səbəbləri
17.08.2015 06:05 Sosreaksiya 1935

Mütəxəssislər uşaqlar arasında kökəlmənin getdikcə yayılması ilə bağlı həyəcan təbili çalır. Köln İdman Akademiyasının professoru Kristin Qraf verdiyi açıqlamada bildirir ki, xeyli sayda uşaq köklük səbəbindən hərəkət bacarığını itirir: “ Kök uşaqlar hətta futbol da oynaya bilmirlər. Oynasalar belə, qapıda dayanırlar. Qarşıdakı illərdə köklük daha böyük problemlər yaradacaq. Ailələrə məsləhətim budur ki, övladlarının kiçik yaşlarından idmanla məşğul olmasına şərait yaratsınlar. Uşaqlar velosiped sürməli, üzgüşülüklə məşğul olmalıdırlar.”
Ümümdünya Səhiyyə Təşkilatının may ayındakı hesabatında 2014-cü il üzrə dünyada 1 milyard 900 milyon nəfərin həddindən artıq kök olması, bunlardan da 600 milyonunun obez xəstəliyinə düçar olduğu bildirilir. Dünya üzrə çox kök uşaqların sayı hazırda 42 milyon nəfərdir.
Şərhlər