Erməni KİV: Nikolun bəyanatı Bakını qəzəbləndirdi

18.05.2021 15:40     Sosreaksiya     712

Nikol Paşinyan şifahi şəkildə Azərbaycana vəd verib ki, Tavuş vilayətində 9-12 kəndi və Kərkini, eləcə də Zəngəzurda iki dəhlizi Bakıya qaytaracaq.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Dünən Qaragöl bölgəsindəki azərbaycanlı qrup bu danışıqlara qədər mövcud olanlar əsasında əşyalarını toplayıb, lakin bir neçə saat sonra əşyalarını orada yerləşdirib. Bəziləri bunu Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatla izah edirlər. Azərbaycan tərəfini dəhlizin olmayacağı bəyanatı qəzəbləndirib. Onlar qərar veriblər ki, əgər Paşinyan öz razılaşmasına əməl etmirlərsə, onlar da əməl etməyəcəklər”, – deyə o bildirib.

Reaksiya.az

 

Şərhlər