Ordumuz mövqeləri irəli çəkdi
19.05.2021 15:46 Sosreaksiya 870
Xankəndidəki separatçıların özünü “deputat” kimi təqdim edən qanundakənar üzvü David Qalstyan Azərbayan Ordusunun Qarabağdakı mövqelərini irəli çəkdiyini deyib.
Reaksiya.az xəbər verir ki, o, bunun fərqli istiqamətlərdə olduğunu, “təhlükəsizliyə görə” konkret əraziləri deyə bilməyəcəyini qeyd edib.
“Nə qədə ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın diktəsindən asılıyıq”, - separatçı bildirib.
Qeyd edək ki, Qaragöllə bağlı bu gün keçirilməsi gözlənilən danışıqların da baş tutmadığı bildirilir. Ermənistan MN rəsmi açıqlama yayaraq, Azərbaycan tərəfinin görüşə gəlmədiyini elan edib
Şərhlər