Tbilisidə azərbaycanlı kürdlərlə kütləvi davada qətlə yetirilib, xəsarət alanlar var

23.05.2021 13:04     Sosreaksiya     717

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.
 
Reaksıya.az xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Hadisənin digər detalları hələ məlum deyil.
 

Şərhlər