Bu kanalların da fəaliyyəti dayandırıldı

24.05.2021 15:32     Sosreaksiya     724

Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Reaksiya.az xəbər verir ki, iclasda Lider TV-dən başqa digər üç kanalın fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Belə ki, tədbirdə “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib

Reaksiya.az

Şərhlər

Çox oxunanlar