Deputatlar da Şuşaya getmək istəyir

31.05.2021 13:12     Sosreaksiya     338

Təklif edirəm ki, Milli Məclisin deputatlarının kiçik qruplar halında Şuşa şəhərinə səfərləri təşkil edilsin.

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, son günlər ziyalıların, media nümayəndələrinin Şuşa şəhərinə səfərləri olur:

“Hesab edirəm ki, deputatların Şuşaya səfərinin təşkil edilməsi orada görülən işlərin görməsi baxımdan əhəmiyyətlidir”.

Spiker Sahibə Qafarova deyib ki, bir sıra deputatlar Şuşa şəhərinə səfər edib:

“Xarici onaqlarla gediblər, digər tədbirlərdə iştirak ediblər. Hər halda Aydın müəllimin təklifi stenaqrama düşəcək”.

Reaksiya.az

Şərhlər