Əli Məsimli: “Yolu bərpa etməyəcəkdinizsə, niyə dağıtmısınız?”

31.05.2021 13:26     Sosreaksiya     365

Yevlaxdan Şəkiyə qısa müddətə çox gözəl yol çəkilib. Həqiqətən də qısa müddətə Şəkiyə çatmaq olur. Ancaq Oğuz-Şəki yolu dağıdılıb və buna qədər yolun bərpası haqqında düşünmürlər.

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib.

Ə.Məsimli qeyd edib ki, turizm mövsümü zamanı da yolun bərpa olunmasına ümid yoxdur: “Əgər siz yolu bərpa etməyəcəkdinizsə, niyə sökürdünüz? Aidiyyəti qurumlar bu məsələni uzadacaq və sonda da deyəcək ki, vəsait azlığı var. Nəticə olaraq bütün məsuliyyət də düşəcək Maliyyə Nazirliyinin üzərinə”.

Reaksiya.az

Şərhlər