Şəhidimiz dəfn olundu
01.06.2021 14:21 Sosreaksiya 404
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanovun nəşi doğulduğu Neftçala rayonuna gətirilib.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, rayonun Dalğa kəndində şəhidin yaşadığı evdə vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin doğmaları ilə yanaşı rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri də iştirak edirlər.
***
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanov dəfn edilib.
Mərhum Neftçala şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü M.İmanov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, sonuncu dəfə sentyabrın 29-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ailəsi ilə əlaqə saxlanılıb. M.İmanov döyüşlərdə itkin düşüb. Mayın 31-də onun nəşi tapılıb.
Şəhid M.İmanov iki bacının tək qardaşı idi.
Allah rəhmət eləsin!
Şərhlər