Veteran futbolçumuzu maşın vurub öldürdü

01.06.2021 15:18     Sosreaksiya     360

"Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, bu barədə Report-a Oktay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Jeep markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. O, müayinə olunmaq üçün morqa aparılıb. O. Abdullayev veteranlar adından mərhumun ailəsinə baş sağlığı verib.

Reaksiya.az

Şərhlər