Paytaxtda daha bir avtobus “BakıKart”a keçib

01.06.2021 15:24     Sosreaksiya     423

Sabahdan 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bu barədə Reaksiya.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, mayın 24-dən 113 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” sisteminə keçirilib.

Reaksiya.az

Şərhlər