DANX-dan bu səlahiyyət alınıb, ABAD-a verildi
02.06.2021 15:09 Sosreaksiya 388
Beynəlxalq daşımalar üçün vacib sənəd hesab edilən "İcazə blankları"nın sahibkarlar arasında bölgüsünü bu gün imzalanan Memoranduma əsasən artıq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) yox, ABAD təşkil edəcək.
Reaksiya.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Şərhlər