Milli Məclisdə qazi atasına vəzifə verildi

02.06.2021 16:22     Sosreaksiya     388

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, parlamentin sədri Sahibə Qafarovanın imzaladığı sərəncama əsasən, əvvəllər sözügedən şöbədə sektor müdiri vəzifəsində çalışan Eldar İsmayıl oğlu Əsgərov həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır.

Reaksiya.az

 

 

Şərhlər