Rayon ərazisində təmiz hava aylığı keçirilib
17.08.2015 11:24 Sosreaksiya 2195

Avqustun 1-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına başlayıb. Bu məqsədlə Ağstafa rayonunda reydlər davam etdirilib.
Reaksiya.az xəbər verir ki, Ağstafada intizamsız sürücülərə cəirmələr tətbiq edilib. Bölgələrdə avqustun 31-dək davam edəcək “Təmiz hava” aylığı aksiyasının keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Aksiyada Ağstafa rayon Polis şöbəsinin Yol Polisi Bölməsi, Ekalogiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları, nəqliyyat vasitələri sahiblərinə, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyətə cəlb edilərək İnzibati xətalar məcəlləsinin 155.2.3-cü maddəsi ilə 50 manat məbləğində cəirmə ediliblər.
Reyd zamanı narazı olan sürücülərdə olub. Hətta günahı avtomobillərinin mühərikində yox, avtomobillərindən ixrac qazlarının tərkibinin normadan artıq olmasında petrolları günahlandıran sürücülərdə rast gəlinib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Arif Abbasov atmosverin təmiz saxlanmasında bu cür reydlərin keçirilməsinin vacibliyini bildirib. Ağstafa rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş dövlət Avtomobil Müffətişi Asif Qasımov reyd zamanı 50-çox avtomobilin saxlanılaraq yoxlanıldığını və onlardan 25-nə inzibati qaydada cəirmələr tətbiq edildiyini bildirib.
Digər intizamsız, yol polisi inspektrorlarının saxla əmirinə tabe olmayan sürücülərədə inzibati pratakollar tətbiq edilib.
Şərhlər