Şahdağ Milli Parkında yanğın başladı

17.08.2015 11:28     Sosreaksiya     2058

Şahdağ Milli parkında yanğın başlayıb.

Reaksiya. az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunmuşlar.

Hal-hazırda əməliyyat davam edir. 

Şərhlər