Qazaxda azyaşlı əməliyyat zamanı öldü

03.06.2021 16:58     Sosreaksiya     446

İyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Qazax Rayon Prokurorluğundan Reaksiya.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Reaksiya.az

Şərhlər