Goranboy sakinini avtomobil vurdu
17.08.2015 11:35 Sosreaksiya 2276

Goranboyda yolu keçmək istəyən 20 yaşlı piyadanı maşın vurub.
Reaksiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 28 yaşlı Fəxri Eyvazov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 20 yaşlı Zərdab rayon sakini, Toğrul Qasımovu vurub. Yaralı əvvəlcə Goranboy rayon Mərkəzi xəstəxanasına oradan isə Gəncədəki xəstəxanaların birin aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Şərhlər