Ramiz Əzizbəylinin son durumu
07.06.2021 14:20 Sosreaksiya 388
Azərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.
Reaksiya.az xəbər verir ki, sənətçinin qızı Xədicə Əzizbəyli Report-a açıqlamasında atasının vəziyyətinin stabil-ağır olaraq qaldığını deyib.
“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.
Qeyd edək ki, 72 yaşlı xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Şərhlər