Bakıda qandonduran cinayət: Əvvəl bibisini,sonra nənəsini öldürdü
08.06.2021 11:32 Sosreaksiya 361
Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini öldürən Samir Mustafayevin cinayət işi çoxlarının diqqətini çəkdi. Bu qəddarlığın səbəbi nə ola bilər ki?
Reaksiya.az Lent.az-a istinadən bu sualın cavabını onun öz dilindən təqdim edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən S.Mustafayev bildirib ki, 1985-ci ildə Rusiyada anadan olub. Bir yaşı olanda ailəsi ilə Bakıya köçüb. Valideynləri öləndən sonra nənəsi və bibisi ilə Günəşli qəsəbəsində yaşayıb və 8-10 ildir ki, narkotik qəbul edir.
Samir Mustafayev ifadəsində qeyd edib ki, hadisədən bir müddət əvvəl tanışı Mikayıla zəng edib ki, ona narkotik gətirsin:
“Həmin gün saat 22:00 radələrində Mikayıl bizə gəldi. Blokun 6-cı mərtəbəsində onunla görüşdüm. Mikayıl mənə pulsuz 0,5 qram narkotik maddə verdi. Mən evə qalxaraq tualetə girib narkotikdən istifadə etdim. Sabahı gün bibim Tamilla mənə Mikayılı nəzərdə tutub dedi ki, qonşular sənin yanına gələn adamı görüblər və həmin adamın binanın liftinin mühərrikini oğurlayıb apardığından şübhələnirlər.
Editor.az Lent.az-a istinadən bu sualın cavabını onun öz dilindən təqdim edir.
Təqsirləndirilən şəxs deyib ki, nənəsinin də hərəkətsiz qaldığını görərək mətbəxə keçib, əllərinin qanını yuyub. Daha sonra bibisinin telefonunu və noutbukunu, eləcə də nənəsinin yastığının altındakı 6 manat pulu götürərək evdən çıxaraq “Neftçilər” metro stansiyasının yanına gedib. Dostları ilə narkotik qəbul edib. Növbəti dəfə narkotik almağa gedərkən Yasamal rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Mustafayev ömürlük azadlıqdan məhrum edilib.
Şərhlər