Qüdrət Həsənquliyevdən hökumətə Qarabağla bağlı suallar

08.06.2021 12:15     Sosreaksiya     374

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev maliyyə naziri Samir Şərifovun iclasda iştirak etdiyini vurğulayaraq hökumətə bəzi suallar ünvanlayıb.

“Biz bilirik, Azərbaycana qarşı xaricdə müəyyən mərkəzlər fəaliyyət göstərir və Azərbaycanda da onların əlaltıları var. O cümlədən işğaldan azad olunmuş ərazlərin məskunlaşdırılması barədə müxtəlif iddialar səslənir. Odur ki, hökumətdən soruşmaq istəyirəm, əhalinin qaytarlılması ilə bağlı hökumətin planı varmı? Yoxdursa, niyə yoxdur? Torpaqlarımızın işğaldan azad olunmasından 7 ay keçib”.

Q.Həsənquliyev daha sonra aşağıdakı sualları səsləndirdi:

“Hökumət niyə xalqa açıqlamır ki, işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarlılması hansı müddətə həyata keçiriləcək? Ermənilərdən 30 il tələb etdik ki, işğala son qoyun, nəticəsi olmadı. İndi də 30 il tələb etməyəcəyik ki, mina xəritələrini bizə verin? Hökumət bu istiqamətdə hansı işləri planlaşdırır? Ona görə də hökumətin ictimaiyyətə  bu barədə ətraflı məlumat verilməsinə böyük ehtiyac var”.

Reaksiya.az

Şərhlər