Ağdaşda korona xəstəsinə cinayət işi açıldı

09.06.2021 13:20     Sosreaksiya     418

Ağdaş rayonunda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Bu barədə Reaksiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 21-də Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini Ə.Əzizov ictimai yerdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Reaksiya.az

Şərhlər