Biz birinci ermənilərin Azərbaycandan çıxarılmasına başlamalıyıq - Hafiz Hacıyev
09.06.2021 14:42 Sosreaksiya 379
Biz erməniləri Xankəndindən qovub çıxartsaydıq, sərhədlərimizi tam bağlasaydıq, bu gün belə vəziyyətə düşməzdik.
Reaksiya.az xəbər verir ki, bu sözləri Versus.Az-a verdiyi müsahibədə Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Bu məsələlərin hamısının başında duran ruslardır, rus ordusudur. Qarabağ bizimdir, indi də ruslar gəlib bir hissədə oturublar. Rus-Türk monitorinq mərkəzinə gəlincə, orda olan 30-40 türk əsgərinə imkan vermirlər çərçivədən çıxsınlar. Ermənilər istədiyi vaxt sərhədi keçib, istədiyi vaxt gəlirlər, öz torpaqları kimi hərəkət edirlər. Bizim yenidən hərəkətə keçməyimiz lazımdır. Ermənilər müharibəyə hazırlaşırlar. Əgər biz bu gün gedib aldığımız torpaqlarda məskunlaşa bilmiriksə, öz ölülərimizi ana torpaqda basdıra bilmiriksə, biz bu barədə bir daha düşünməliyik.
Azərbaycan hakimiyyətində olan məmurlar eyforiyadadırlar. Bu nazirlərin uşaqları məktəbə əsgərlə gedib-gəlirsə, biz Qarabağda nəyi qoruya biləcəyik. Bu baxımdan biz birinci ermənilərin Azərbaycandan çıxarılmasına başlamalıyıq. Həm hakimiyyət daxilində olan, həm hərbidə, həm Qarabağda olan ermənilərin çıxarılması məsələsini ortaya qoymalıyıq. Axıra qədər torpaqlarımızı işğalçılardan azad etməliyik.
Bizə məlumatlar çatır ki, Şuşa ətrafında çoxlu ermənilər yaşayır, havaya atəş açırlar. İnterpola verilən ermənilər gəlib Şuşada məskunlaşmağa başlayıblar. Belə çıxır ki, bizim hərbçilərimiz, sərhədçilərimiz orda yoxdur. Bəs hardadır?! Müxtəlif şaiələr dolaşır və bu da insanları ruhdan salır. Bu nə vaxta qədər davam edəcək?! – deyə Hafiz Hacıyev qeyd edib.
Şərhlər