Sərhədi ruslar qoruyur, İrəvana cavabı da Kreml verməlidir

09.06.2021 14:46     Sosreaksiya     361

Azərbaycan jurnalistlərinin ölümünə səbəb olan terror aktının törədilməsinin arxasında, sözsüz ki, 2020-ci ilin noyabrında Kəlbəcər rayonundakı evləri yandıran, infrastrukturu (məsələn, elektrik dirəklərini) məhv edən, yanğınlar törədən, meşələri qıran, ekologiyaya zərər vuran ermənilər dayanır. Onlar açıq şəkildə günahsız azərbaycanlılara qarşı öz aləmlərində, guya “partizan” müharibəsinə qalxıblar. Amma ermənilər başa düşməlidilər ki, onların etdikləri “partizanlıq” yox, terrorçuluqdur!

Bu barədə Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, ərazisinin minalanması Azərbaycana və onun vətəndaşlarına qarşı aparılan təxribat-terror müharibəsinin planlaşdırılmış aktları kimi görünür.

“Lakin burada hələ ki, bir sıra məsələlər aydın deyil: Birincisi, bu təxribat-terror müharibəsinin təşkili və icrasının rəsmi İrəvan ilə nə kimi aidiyyəti var? Bu prosseslər birbaşa İrəvandan idarə olunur?

İkincisi, bəlkə bu müharibə Ermənistan tərəfinin digər aktorları tərəfindən aparılır? Həqiqətənmi rəsmi İrəvanın baş verənlərdən xəbəri belə yoxdur? Yoxsa ən azından İrəvan bunun arxasında duranlara mənəvi dəstək verir?

Üçüncü isə kənar qüvvələrin müdaxiləsi ilə bağlı suallardır. İstisna etməyək ki, bu məsələdə üçüncü tərəf də ola bilər. Onların istəyi Azərbaycanın qərb rayonlarında vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bununla yanaşı, təkcə azərbaycanlılar və ermənilər arasında deyil, həm də Rusiya sülhməramlıları ilə ermənilər arasında, eləcə də Rusiya sülhməramlıları ilə azərbaycanlılar arasında çaxnaşma yaratmaqdır.

Terror aktının hərbçilərə deyil, məhz Azərbaycan jurnalistlərinə qarşı yönəldilməsi də məhz həmin üçüncü versiyanın leyhinə işləyən faktlardan biridir. Bu, düşünülmüş və mürəkkəb aksiyasından xəbər verir", - deyə müsahibimiz qeyd edib.

Perenciyev bildirib ki, hələlik Qərbin nəzarətində olan dünya ictimaiyyəti tərəfindən Azərbaycan jurnalistlərinin həlak olmasına normal reaksiya verilməməsi məhz bu terror aktının elə onun özü tərəfindən təşkil olunmasına şübhələr yaradır:

“Ona görə də yeni təxribatları istisna etmək olmaz. Axı, dediyim kimi, bu, tək terror aktı deyil, təxribat-terror müharibəsinin başlanğıc aktıdır”.

Ekspert onu da qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanla sərhədin Rusiya sərhədçiləri tərəfindən qorunduğunu nəzərə alsaq, Kremlin bu insidentə reaksiyası sözsüz ki, sərt olacaq:

“Reaksiyanın ləngiməsi çox güman ki, elə qeyd etdiyimiz suallarla bağlı ola bilər. Hazırda Moskva bu diversiyaların haradan qaynaqlandığını öyrənməyə çalışır”

Reaksiya.az

Şərhlər