Nazir yarmarkalardan danışdı
10.06.2021 12:40 Sosreaksiya 442
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən və pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək.
Reaksiya.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, artıq pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca bu tədbirlərin də keçirilməsinə başlanacaq:
“Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Yumşalmalar olduqca yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları fəaliyyətini bərpa edəcək”.
Şərhlər