"Erməni kilsəsi Azərbaycana qarşı düşmənçiliyi davam etdirir" - Deputatdan ÇAĞIRIŞ
11.06.2021 11:47 Sosreaksiya 669
Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov II Qareginin (Ktriç Nersesyan) Qarabağa qanunsuz səfər etdiyini bildirib.
Deputat qeyd edib ki, II Qaregin revanşist çıxışlar edir:
“Bu, bir daha onu göstərir ki, erməni kilsəsi Azərbaycana qarşı düşmənçiliyi davam etdirir”.
Millət vəkili əlavə edib ki, erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir:
“Biz beynəlxalq birlikdən gözləyirik ki, erməni din xadiminin bu əməlini pisləsinlər. Çünki belə təxribatlar pislənmədikdə ermənilər yeni təxribatlara əl atırlar”.
Şərhlər