Gəncəyə yeni elektrovozlar gətirilir

17.08.2015 12:54     Sosreaksiya     2163

Gəncəyə yaxın vaxtlarda Fransa istehsalı olan yeni elektrovozların gətirilməsi nəzərdə tutulur.  Artıq bununla bağlı Azərbaycan Dövlət Dəmir Yolu QSC ilə Fransa şirkəti arasında ilkin razılıq əldə olunub. Bu baraədə Gəncə Lokomotiv Deposunun rəisi Əsgər Şirinov məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda lokomotivlər Gəncə Vaqon Deposuna gətiriləcək. Bundan əlavə müasir standartlara cavab verəcək 10 ədəd yeni teplavozların da gətirilməsi planlaşdırılır. Hazırda Gəncə Lokomotiv Deposunda 10 ədə V-8, 5-ədəd V-11, 9 ədəd V-10 tipli lokomotivləır var ki, bu maşınlarda 1960-70 ci illərin istehsalıdır. Aparılan tədbirlər çərçivəsində həmçinin yeni surət qatarları da Gəncə Lokomotiv Deosuna gətiriləcək. Bu məqsədlə dəmiryolu xəttlərinin yenidən qurulmasına  başlanılıb. 

Şərhlər

Çox oxunanlar