Bakıda kişi özünü 10-cu mərtəbədən atdı

17.08.2015 13:02     Sosreaksiya     2243

Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda intihar hadisəsi baş verib. 
 
Reaksiya.az-ın məlumatına görə, E.Süleymanov küçəsində (8-ci km bazarının yaxınlığı) yerləşən 14 mərtəbəli binadan 45-50 yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.
 
İlkin araşdırmalar nəticəsində həmin şəxsin özünü 10-cu mərtəbədən atdığı məlum olub.
 
Ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib, araşdırmalar aparılır.

Şərhlər