3 yaşlı uşağın qatili saxlanıldı
17.08.2015 13:12 Sosreaksiya 1784

Şəmkirdə hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində 32 yaşlı İrmaşlı kənd sakininin törətdiyi qətlin üstü açılıb.
Reaksiya.az-ın xəbərinə görə, aparılan istintaq tədbirləri zamanı məlum olub ki, Fariz Arif oğlu Mirzəyev cari ilin aprel ayında qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın oğlu 3 yaşlı Nihadı qətlə yetirərək, qəbirstanlıqda basdırıb.
Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 16-da Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər