Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

14.06.2021 17:22     Sosreaksiya     389

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Reaksiya.az-a verilən məlumata görə, iyunun 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 596, tank əleyhinə 54 mina və 144 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 116 762 m² (111,6 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Reaksiya.az

Şərhlər